Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda Beynəlxalq Caz Festivalı keçirilir

Abunə olmaq
Bakıda artıq ənənəyə çevrilən Beynəlxalq Caz Festivalı məşhur britaniyalı caz ifaçısı Omar Lye-Fukun unudulmaz konsertilə start verib.

Bu günü nə dinləyicilər unudacaq, nə də ifaçı özü. Belə ki Lye-Fuk 50 illiyini Bakı səhnəsində qeyd edib. Britaniya musiqiçi daha çox neo-soul istiqamətinin ən parlaq ifaçısı kimi tanınır.

Ənənəvi olaraq, festivalın proqramı olduqca genişdir. Cazsevərlərin bayramında 14 ölkəni təmsil edən qruplar çıxış edəcək. Axşam konsertlərindən sonra tanınmış caz ustalarının və gənc ifaçıların iştirakı ilə cem-seşnlər təşkil olunacaq. Amma caz bayramı sadəcə musiqi ilə məhdudlaşmır. Çünki festival tədbirlərinə müxtəlif müsabiqə, sərgi və film təqdimatları da daxildir.

Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək festival Mədəniyyət Nazirliyi və "Caz dünyası" jurnalının təşkilati dəstəyi ilə keçirilir.

 

Xəbər lenti
0