Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Hərəkətdə olan avtomobillər üzərində qeyri-adi şou

Abunə olmaq
Mingəçevirdə yaşayan 12 yaşlı Jalə İsayeva üçün ilham mənbəyi 90-cı illərin məşhur aktyoru Jan-Klod Van Dammın filmləri olub.

Filmlərdəki maşınlar üzərində Van Dammın şpaqat həmləsini görən Jalə özü də onu təkrarlamaq arzusuna düşüb. Yeddi yaşından məşq edərək bu istəyinə nail olub. O, gələcəkdə iritonnajlı avtomobillərin üzərində bu hərəkəti tam gözəlliyi ilə həyata keçirmək niyyətindədir. Əlbəttə ki, bu istəyini gerçəkləşdirməsi üçün çox məşq etməlidir.

Jalənin babası Tofiq İsayev balaca gimnastın hərəkət edən avtomobillərin üzərində şpaqatda dayanmasına qorxu və həyəcanla baxdığını deyir. Buna baxmayaraq, o, nəvəsinin bu məharətindən daha çox fərəh və qürur hissi keçirir.

Xəbər lenti
0