Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Turistlərin kamerasını oğurlayan qağayı onlara elə sürpriz etdi ki...

Abunə olmaq
Qağayılar onsuz da çoxdan “oğru quş” adını qazanıb. Amma videomuzun qəhrəmanı özünü Spilberq sanaraq, kino çəkmək eşqinə düşüb.

İspaniya adalarına səyahətə çıxan və öz sərgüzəştlərini lentə alan turistlər gözlənilməz sürprizlə qarşılaşıblar. Ətrafda uçuşan qağayılardan biri onların kameralarını xəlvətcə oğurlayıb. Daha maraqlısı isə bundan sonra baş verib. Belə ki, oğru qağayı özü turistləri adanın gözəllikləri ilə tanış etmək qərarına alıb.

İstədiyi kadrları əldə etdikdən sonra qağayı kameranı geri qaytarıb. Turistlər isə bu gözlənilməz oğurluğun müqabilində nadir görüntülər əldə etmiş olublar.

Xəbər lenti
0