Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Ağzınız dada gəlsin!” və ya İrəvan mətbəxinin özünəməxsus təamları

Abunə olmaq
İrəvan mətbəxi digər bölgələrimizin mətbəxi ilə eyni ahəngdədir, amma oranın bitkiləri, tərəvəzləri, ab-havası və suyu xörəklərə ayrı bir dad qatıb.

Əslən irəvanlı olan tanınmış aşpaz Oruc Əliyev Sputnik Azərbaycan-a İrəvan mətbəxinin inciləri hesab olunan xörəklərin hazırlanma üsulları haqda danışdı. Bildirdi ki, İrəvan mətbəxində Göyçə Gölünün balıqlarından, əsasən də xan balığı və qızıl alabalıqdan hazırlanan yeməklər xüsusi çəkiyə malikdir.

İrəvan bölgəsinin mətbəxinin tacı isə onun şah plovlarıdır. Plovlar həm düyü, həm bulqurdan hazırlanır.

Bu yeməklərin hazırlanma qaydası ilə videomuzda tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, UNESCO-nun ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun sözlərinə görə, ilin sonuna qədər İrəvan mətbəxinə həsr olunmuş kitab dərc olunacaq. Kitaba 400-dən çox yemək daxil edilib.

 

Xəbər lenti
0