Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Piyada hərəkətdə olan maşını təpiklədi

Abunə olmaq
Ukraynada baş verən bu hadisə bir də onu göstərir ki, bəzən haqsızlıqlara reaksiya vermək lazım deyil

Hadisə Ukraynanın Nikolayev şəhərində baş verib. Taksi sürücüsü işıqforun qırmızı işığına mahal qoymadan, şütüyüb keçib. Bu zaman piyada keçidində öz kiçik oğlu ilə yolu keçməyə çalışan ata sürücünün "dərsini vermək" qərarına gəlib. O, var gücü ilə maşının sərnişin qapısını təpikləyib.

Təəssüf ki, fizika qanunları ukraynalı atanın qisas almaq planını dəstəkləmir. Buna görə də həm ata, həm də oğlu yolun ortasına səriliblər. Balaca xətərsiz görünsə də, ata, deyəsən, hələ uzun müddət axsamalı olacaq.

 

Xəbər lenti
0