10:04 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanda müəllimlərin üzləşdiyi problemlər və müasir müəllim modeli anlayışı müzakirə olundu.

Müzakirədə Azərbaycanın tanınmış təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov, Məlahət Mürşüdlü və Kamran Əsədov öz fikirlərini irəli sürdülər.

Şahlar Əsgərovun fikrincə, cəmiyyətimizdə, hələ də müəllimlik modeli yaranmayıb. Bunun ilk səbəbi isə şəxsi mənafe-ictimai mənafe münasibətidir:

"Tədris müəssisələrində təyinatlar zamanı ilk öncə bu şəxslərin ictimai maraqlarının şəxsi maraqlarından üstün olmasına fikir verilməlidir. Gələcək nəsil elə yetişdirilməlidir ki, onların ictimai maraqları şəxsi maraqlarından qat-qat üstün olsun."

Ş.Əsgərov onu da vurğuladı ki, ucqar kənd və ya şəhər mərkəzində yerləşməsindən asılı olmayaraq, bütün məktəblər bərabər təminata sahib olmalıdır.

Məlahət Mürşüdlü bildirdi ki, müəllimin ən vacib problemi pedaqoji əməkdaşlığın bütün tələblərini yerinə yetirə bilməməsidir və ya onu etmək istəməməsidir. Onun fikrincə, nümunəvi müəllimlərin təcrübəsinin öyrənilməsi və yayılması olduqca vacibdir.

Nadir İsrafilov isə müəllimlərin nüfuzunun düşməsi problemini gündəmə gətirdi. Vurğuladı ki, hazırda ölkəmizdə tədris işçilərini nüfuzunun artırılması prioritet sahələrdən birinə çevrilib.

Təhsil ekspertləri onu da vurğuladılar ki, ən vacib məqamlardan biri də müəllimlərin ailə və məişət problemlərinin həll edilməsidir. Müəllimlərin məvacibi elə olmalıdır ki, onlar özlərini, tamamilə, işlərinə həsr edə bilsinlər və digər mənbələrdən qazanc axtarışında olmasınlar.

 

Digər videolar

Əsas mövzular