Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu məzarı görənlər heyrətlərini gizlədə bilmirlər

Abunə olmaq
Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində qeyri-adi mənzərə müşahidə olunub. 25 yaşlı Rita Şameeva adlı gənc qızın qəbri üzərində “iPhone” şəklində məzar daşı tikilib.

Qara qranitdən hazırlanan qəbir daşının üzərindəki ekranda mərhumun şəkli, adı, doğum və ölüm tarixi kimi məlumatlar yerləşdirilib. Maraqlısı odur ki, Ritanın iki il bundan öncə vəfat etməsinə baxmayaraq, məzar daşı bu yaxınlarda qoyulub.

Bu cür qeyri-adi məzar daşının seçilmə səbəbi də aydın olub. Deyilənə görə, Rita sağ ikən Rusiyada "Apple" məhsullarının yayılması ilə məşğul olub.

 

Xəbər lenti
0