12:52 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Abşeron rayonundakı Şağan qəsəbəsinin sakini şəhər kənarındakı evində cənnətin guşəsini yaratmağa öz ürəyini qoyub. Onun bu cəhdinin nə dərəcədə alındığına Sputnik Azərbaycan-ın videosunda baxın.

Bağ evi bakılılar üçün özünəməxsus sakitlik və dinclik adasıdır. Abşerondakı Şağan qəsəbəsinin yerli sakini, ixtisasca musiqi müəllimi olan Gəncum Şağani həm də bir heykəltəraş, memar və bir çox əl işlərinin ustasıdır.

Gəncum Şağani bağ evində öz əlləri ilə gildən Qız qalası, samovar üçün evcik, hər cür içki üçün çəllək, içində bulaq suyunun saxlandığı quyu, eləcə də əl-üz yuyan düzəldib. Burada diqqəti ən çox cəlb edən milli yeməkləri bişirmək üçün nəzərdə tutulmuş xüsusi soba, şəlalə formalı balaca bulaq və hovuzu bəzəyən qayıqdır. Ailə üzvləri və ev sahibinin dostları axşamlar burada oturub çay içir və özlərini adadakı kimi hiss edirlər.

Bu qeyri-adi bağ evinin sahibinin bizi necə qarşıladığı barədə materiala Sputnik Azərbaycan-da baxın.

Digər videolar

Əsas mövzular