15:31 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
© Sputnik / Kamilla Əliyeva

Roma ləqəbli tutuquşu, sən demə, utancaqmış və sahibinin adını çağırmaqdan imtina etsə də, onun şərəfinə rəqs edib. Tutuquşunun rəqsinə Sputnik Azərbaycan-ın videosunda baxın.

Bakıdakı İçərişəhərin sakini Əliabbas Kərimov on ildir Roma adlı tutuquşunu evində saxlayır. Həmin tutuquşu sahibini öz adı ilə çağırır və Azərbaycan musiqisinin sədaları altında rəqs edir.

Qədim qala sakininin sözünə görə, tutuquşuna danışmağı o öyrətməyib. Sadəcə, Roma hər şeyi dərhal yadda saxlayır və onun yanında nə qədər tez-tez söz danışsan, o da təkrar edir. Tutuquşunun ən sevdiyi ifadə isə "Roma xoroşiy"dir (Roma yaxşıdır). Yeri gəlmişkən, Roma "rusdillidir".

Digər videolar

Əsas mövzular