Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın hərbi dənizçiləri dəniz döyüşünə hazırdır

Abunə olmaq
Sputnik Azərbaycan Bakıda "Beynəlxalq ordu oyunları-2018" çərçivəsində keçirilən "Dəniz kuboku — 2018" beynəlxalq müsabiqəsinin açılış mərasimini izləyib. Hərbi dənizçilərin mərasimə hansı gəmilərdə gəldiyinin videosuna baxın.

Mərasimdə Azərbaycan, Rusiya, Qazaxıstan və İran Hərbi Dəniz qüvvələrinin komandaları iştirak edib. Onlar açılış mərasiminə hərbi orkestrin müşayiəti altında dövlət bayraqları ilə daxil olublar.

Mərasimdə IV Beynəlxalq Ordu Oyunlarının və "Dəniz kuboku — 2018"-in bayraqları qaldırılıb.

"Ordu-2018" Oyunları yeddi ölkənin — Rusiya, Azərbaycan, Ermənistan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində təşkil edilir. Bütün oyunlarda 33 ölkənin komandaları iştirak edəcək. İyulun 28-dən avqustun 11-dək ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Xəbər lenti
0