16:59 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
© Sputnik /

Azərbaycan prezidenti İlham Əliyev dünən gecə Rusiyaya işçi səfərə gedib. Prezident futbol üzrə Dünya çempionatının açılış mərasimində iştirak edəcək. Saytımızda çempionatın talismanının prezidenti necə qarşıladığı barədə videoya baxa bilərsiz.

Dünən Rusiyaya səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevi Moskvanın hava limanında qarşılayan nümayəndə heyətinin tərkibində Rusiyada sabah açılacaq futbol üzrə Dünya çempionatının talismanı olan canavar Zabivaka da dazil olub. Zabivaka Azərbaycan dövlət başçısı ilə futbol oynamaq şansını əldən verməyib.

Qeyd edək ki, İlham Əliyev Moskvada futbol üzrə Dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.

Futbol üzrə Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək ilk dəfə olaraq Rusiyada keçiriləcək. Oyunlar Rusiyanın 11 şəhərində olacaq: Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijni Novqorod və Yekaterinburq.

Digər videolar

Əsas mövzular