Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Maqomayevin unudulmaz mahnısı Cəbrayılovun ifasında Moskvada səslənib

Abunə olmaq
“Sən supersən!” vokal müsabiqəsinin Azərbaycandan olan iştirakçısı Müslüm Maqomayevin "Koroleva krasotı" (Gözəllik kraliçası) mahnısını oxuyub.

İlk dəqiqələrdən böyük səhnədə münsiflər və tamaşaçıların rəğbətini qazanan Namiq Cəbrayılovun ifası dörd yaşıl düymə ilə müküfatlandırılıb və o, "Sən supersən" ifadəsini eşidib.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.

Xəbər lenti
0