Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Aktyor və ssenari müəllifi olmağı arzulayır, amma “Sən supersən!”i fəth etməyə gedir

Abunə olmaq
Bakıdan olan on beş yaşlı Səməd Novruzov Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçib. Müsabiqə iştirakçısına Sputnik-in videosunda baxın!

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu "Sən supersən!" yarışmasının ikinci mövsümünün Azərbaycandan olan iştirakçısının həyatının təfərrüatlarını açıqlayır.
Səməd Novruzov Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin doqquzuncu sinif şagirdidir.

Bu oğlanını vokal qabiliyyətləri bu yaxınlarda aşkarlanıb. Amma o, bu vaxt ərzində Türkiyədə "Uşaq təbəssümü" Beynəlxalq festivalının laureatı ola, məktəb tədbirlərində iştirak edə bilib, indi isə Moskvada böyük səhnəni fəth etməyə hazırlaşır.
"Mən sevimli layihəmin ikinci mövsümünün iştirakçısı olduğum barədə xəbəri eşidəndə, ilk növbədə, ailəm adına sevindim. Əminəm ki, öz soyadımızı tanıdacağam. Səsimə və bu şansıma görə Allahıma minnətdaram!" — deyə Səməd bildirib.

Layihə iştirakçısı aktyor və ssenari müəllifi olmağı arzulayır, amma musiqi ilə də məşğul olur və ondan vaz keçmək fikri yoxdur.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Onun iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.
"Sən supersən!" beynəlxalq müsabiqəsinin yeni mövsümünün nümayişinə fevralın 10-da NTV telekanalında start veriləcək.

Xəbər lenti
0