22:36 13 Dekabr 2017
Canlı yayım
VİDEO

Bir qolu var, amma bacarığı ilə hamını heyran edir

Qısa URL
21311
© Sputnik / İlham Mustafa

Onu Mingəçevirdə hamı tanıyır. Bir əli olduğu üçün qarmonunu tərsinə tutaraq sol əlilə çalan, ifası ilə hər kəsi heyran qoyan bu şəxsi adi günlərdə şəhərin müxtəlif yerlərində görmək mümkündür.

Yerli sakinlərin Arif olaraq tanıdığı, illərdir çörəyini qarmonundan çıxaran bu ifaçının əsl adı isə Aydın Mustafayevdir. Uşaqlıqdan fərasəti, qabiliyyəti ilə arif insan kimi tanındığından hamı onu Aydın deyil, elə Arif kimi tanıyır və belə də çağırır.

Kiçik, birotaqlı evdə oğlu ilə birgə yaşayan ağbirçək Fatma nənənin — Arifin anasının 95 yaşı var. Yaşının çox olmasına baxmayaraq yorulmadan, usanmadan 69 yaşlı övladına qulluq edən ana oğlunun körpə uşaq kimi qayğısına qalır və hər istəyini yerinə yetirməyə çalışır.

Əlaqədar

"Ona üç bəla gələcək, üçü də sağ tərəfdən..."

Digər videolar

Əsas mövzular