Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əməkdar artist "Tı super! Tansı"da Sevdanı dəstəklədi

Abunə olmaq
Əməkdar artist, xoreoqraf Eteri Cəfərova "Tı super! Tansı"nın azərbaycanlı iştirakçısı Sevda Fətullayevanın ünvanına xoş sözlərlə dolu videomüraciət ünvanlayıb

Rusiyanın NTV telekanalında "Tı super! Tansı" beynəlxalq rəqs müsabiqəsi davam edir. Müsabiqədə valideyn himayəsindən məhrum olmuş və çətin həyat şəraiti olan uşaqlar iştirak edirlər.

Azərbaycanı bu genişmiqyaslı layihədə İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü, Sevda Fətullayeva və artıq ikinci tura vəsiqə almış Abbasqulu Səfərov təmsil edir.
İştirakçılara azarkeşlik edən və onları xoş sözlərlə dəstəkləyənlər arasında əməkdar artist, xoreoqraf Bakı Xoreoqrafiya Akademiyasının dekan müavini Eteri Cəfərova da var.

"Əziz Sevda, yaxşı rəqs etməyi bacarmağın özü artıq xoşbəxtlikdir və sənin bu rəqs müsabiqəsində iştirakın uğur sayılmalıdır. Biz hamımız səni dəstəkləyirik" — Cəfərova bildirib.

Sevdanın növbəti mərhələyə keçib-keçməyəcəyini bir neçə saatdan sonra bilmək olacaq. Müsabiqə Bakı vaxtı ilə saat 21.00-da başlayacaq və NTV telekanalında və Sputnik portalında canlı yayımlanacaq.

NTV teleşirkəti və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən keçirilən "Tı super! Tansı" beynəlxalq müsabiqəsi Rusiya, MDB və Baltika ölkələrindən olan istedadları birləşdirir və valideyn himayəsindən məhrum uşaqlara arzularını həyata keçirmək üçün şans verir.

Xəbər lenti
0