QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Girov Şahbaz Quliyevin ailəsi yardım istəyir

Abunə olmaq
Ermənistanın girovluqda saxladığı Şahbaz Quliyevin yaxınları, artıq 3 ildir ki, onunla Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktublar vasitəsilə əlaqə saxlayırlar

Şahbaz 3-4 cümlədən ibarət olan bu məktublarında səhhətinin yaxşı olduğunu bildirir, yaxınlarına salamlarını çatdırır və yeganə qızına yaxşı baxmalarını tapşırır.

Amma onun Tərtərin Qaradağlı kəndində yaşayan bacısı İradə Quliyevanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, onun sonuncu məktubu sentyabr ayında gəlib və məktubun məzmunu əvvəlkilərdən fərqli olmayıb. Bir müddət keçəndən sonra BQXK-dən Şahbazın bacısına verilən xəbər ailə üzvlərinin şübhələrini doğruldub.

İradə Quliyeva onu da bildirir ki, BQXK-dən onlara girovların səhhətinin daim qurumun nəzarəti altında olduğunu deyiblər.

Xəbər lenti
0