Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Cəbiş müəllim" Azərbaycanın cəsur oğlu Əhmədiyyə Cəbrayılov haqqında danışır

Abunə olmaq
“Cəbiş müəllim” layihəsi Azərbaycanın qəhrəman oğlu Əhmədiyyə Cəbrayılov haqqında mövzu ilə davam edir

İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun vəfatından 23 il ötür.
Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-da Şəkidə yol qəzası zamanı həlak olub.

Əhmədiyyə Cəbrayılov 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la ilə təltif olunub.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirib və onların arasında görüş olub.

Xəbər lenti
0