00:04 24 Sentyabr 2017
Canlı yayım
VİDEO

Gürzə — qorxunc adlı dadlı yemək

Qısa URL
166 0 0
© Sputnik / Kamilla Əliyeva

Gürzə milli Azərbaycan xörəyidir. Yeməyin adının zəhərli ilan olan gürzə ilə eyni cür adlandırılması onun xəmirinin gürzənin belinə oxşar şəkildə bükülməsidir.

Xəmirdən hazırlanmış gürzənin necə büküldüyünə və göründüyünə videoda baxın.

Milli mətbəx restoranı olan "Xanədan"ın aşpazı Həlimə Babayevanın sözlərinə görə, gürzə qoyun ətindən hazırlanmış düşbərədir. Sadəcə onun forması başqa cürdür. Bu xörəyin hazırlanması çox asandır. Amma aşpaz hesab edir ki, onun dadına heç kəs laqeyd qala bilmir.

İnqrediyentlər:

Qoyun əti — 500 qram
Quyruq — 100 qram
Soğan — 2 baş
Buğda unu — 500 qram
Yumurta — 1 ədəd
Duz, istiot — zövqə görə

Əvvəlcə düşbərələr üçün buğda ununa 1 yumurta və yarım stəkan su əlavə edilməklə adi xəmir hazırlanır. Xəmirin üzərinə dəsmal örtərək 30 dəqiqə dincəlməyə qoyurlar. Sonra ət, quyruq və soğan ət maşınından keçirilərək içlik hazırlanır, ona duz və istiot əlavə edilir. Bu zaman xəmir artıq gəlir. O, oxlovla 2-3 mm qalınlıqda açılır.

"Mən xəmiri dairə şəkilli kəsmək üçün armudu stəkandan istifadə edirəm. Dairənin diametri təqribən 7 sm olmalıdır. Dairə şəkilli formada kəsilmiş xəmirin içinə 1 çay qaşığı qədər fars qoyuram və gürzə formasında bükürəm" — deyə aşpaz bildirir.

Həlimə xanım qazanda suyu qaynadır, gürzələri açılmasın deyə 3-5 dəqiqə ərzində bu suda bişirir. Sonra gürzələr kəfgirlə qazandan çıxarılır, yaxud aşsüzəndən süzülür. Onu süfrəyə adətən qatıqla verirlər. Zövqə görə qatığa sarımsaq da qatmaq olar.

Nuş olsun!

 

Digər videolar

Əsas mövzular