03:56 26 Sentyabr 2017
Canlı yayım
VİDEO

Azərbaycanlı baletmeyster "Tı super! Tansı" iştirakçısını dəstəklədi

Qısa URL
6810
© Sputnik /

Azərbaycanın əməkdar artisti, baletmeyster-rejissor Tahir Eynullayev "Tı super! Tansı" müsabiqəsinin azərbaycanlı iştirakçısı Abbasqulu Səfərova uğurlar diləyib

Rusiyanın NTV telekanalında "Tı super! Tansı" beynəlxalq rəqs müsabiqəsinin möhtəşəm premyerası olub. Müsabiqədə valideyn himayəsindən məhrum olmuş və çətin həyat şəraiti olan uşaqlar iştirak edirlər.

İştirakçılara azarkeşlik edən və onları xoş sözlərlə dəstəkləyənlər arasında Azərbaycanın əməkdar artisti, baletmeyster-rejissor Tahir Eynullayev də var. O da Abbasqulunun bu şənbə edəcəyi çıxışı gözləyir.

Abbasqulunun növbəti mərhələyə keçib-keçməyəcəyini bir neçə saatdan sonra bilmək olacaq. Müsabiqə Bakı vaxtı ilə saat 21.00-da başlayacaq və NTV telekanalında və Sputnik portalında canlı yayımlanacaq.

Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin Sevda Fətullayeva və İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü təmsil edir.

Əlaqədar

“Tı super! Tansı” şousunun iştirakçıları Qurban bayramı ilə təbrik edirlər
"Tı super! Tansı"nın iştirakçısı azərbaycanlılara salam deyir
İlkin Hüseynov "Tı super! Tansı" layihəsində əvvəlki uğurlarını təkrarlamaq istəyir

Digər videolar

Əsas mövzular