Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sən supersən!"in iştirakçısı müğənniliyə davam edəcək

Abunə olmaq
"Sən supersən!"in iştirakçısı Xoşqədəm Mehdiyeva vokal müsabiqənin final mərhələsinə keçməyib. Sputnik-in videosunda Xoşqədəmin çıxışdan sonrakı təəssüratları ilə tanış ola bilərsiniz.

NTV və Sputnik-in birgə "Sən supersən!" layihəsində iştirak edən uşaq evinin yetirməsi Xoşqədəm Mehdiyeva ikinci turdakı çıxışından sonra təəssüratlarını bölüşüb.

"Burada çıxış etmək çox xoşuma gəldi. Mahnımın müğənni Yolkanın xoşuna gəlməsi məni sevindirdi. Viktor Drobış və Stas Pyexa dedilər ki, üzərimdə işləməliyəm. Mən çalışacağam, evə qayıdan kimi vokalla məşğul olacağam" — Xoşqədəm bildirib.

Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan vokalçılar iştirak ediblər.

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.

Xəbər lenti
0