22:33 25 Aprel 2017
Canlı yayım
VİDEO

Bəhram Bağırzadədən ictimaiyyətə çağırış

Qısa URL
26730
(2:26 / 17.48Mb / просмотров видео: 443)
© Sputnik / Kamilla Əliyeva / NTV

Bu şənbə, aprelin 15-də NTV-dən yayımlanan "Sən supersən!" layihəsinin iştirakçısı Pərvanə Alcanova vokal müsabiqənin ikinci turunda çıxış edəcək. Sputnik-in videosunda aktyor Bəhram Bağırzadənin iştirakçımıza arzuları ilə tanış ola bilərsiniz.

Rusiyanın NTV telekanalında "Sən supersən!" beynəlxalq vokal layihəsi davam edir. Müsabiqədə həmyerlilərimiz Pərvanə Alcanova və Xoşqədəm Mehdiyeva da iştirak edirlər. Azərbaycanlı aktyor, rejissor, "Bakılı oğlanlar" ŞHK komandasının üzvü Bəhram Bağırzadə layihənin ikinci turunda Alcanovanın qələbəsinə inanır.

"Çox istəyirəm ki, hamımız birləşərək bu gözəl qızmızı dəstəkləyək. Onun həmişə irəlidə, zirvədə olmasını istəyirəm. Pərvanə üçün hər bir addımın böyük əhəmiyyəti var və əminəm ki, müsabiqə iştirakçılarını nə qədər çox dəstəkləsək, onların qalib olmaq şansları bir o qədər yüksək olar" — Bağırzadə bildirib.

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.

Əlaqədar

“Tı super”in Azərbaycandan olan iştirakçısı Pərvanə Alcanova

Digər videolar

Əsas mövzular