16:49 21 İyul 2017
Canlı yayım
VİDEO

Ənənəvi Azərbaycan lavaşının hazırlanma qaydası

Qısa URL
33922
© Sputnik / Kamilla Əliyeva

Hər bir azərbaycanlı uşaqlıqdan əsl Azərbaycan lavaşının dadını bilir və hər birimiz üçün bundan daha mükəmməl bir dad yoxdur.

Ənənəvi Azərbaycan lavaşının hazırlanma qaydasına Sputnik Azərbaycan-ın videosunda baxın.

Bakıdakı milli mətbəxə malik restoranlardan birinin aşpazı Həlimə Babayeva deyib ki, bu reseptlə bişən lavaş onların ailəsində nəsildən-nəslə keçir.

İnqridiyentlər:

Un — 500 qram
Su — 1 stəkan
Maya — 1 çay qaşığı
Duz — 1 çay qaşığı

Əvvəlcə xəmiri hazırlayırıq. Una maya, duz və su əlavə edib xəmir yoğururuq. Sonra xəmiri hissələrə bölüb kündələyirik. Kündələri oxlovun köməyi ilə 1 mm qalınlığında yayırıq. Hazır yayılmış xəmirləri təndirdə, yaxud da kürədə 3-4 dəqiqə ərzində bişiririk.

Qeyd edək ki, lavaşın təndirdə bişirilməsi üçün mütləq təndirin divarlarına su çiləmək lazımdır ki, lavaşlar onun divarına yapışsın.

Hazır lavaşı süfrəyə göyərti və şorla verirlər. Lavaşı yağlayıb içinə pendir və göyərti qoyub yeməyin isə bir ayrı ləzzəti var. Lavaş lüləkabab, kotlet, dönər və digər təamlarla da sevilərək yeyilir. Əsl lavaşın dadına məhz Azərbaycanda baxmaq lazımdır.

Digər videolar

Əsas mövzular