Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Sən supersən!"in azərbaycanlı iştirakçısının çıxışdan sonrakı emosiyaları

Abunə olmaq
"Sən supersən!"in iştirakçısı Pərvanə Alcanova layihənin ikinci turuna vəsiqə alıb. Sputnik-in videosunda Pərvanənin çıxışdan sonrakı təəssüratlarına baxa bilərsiniz.

NTV və Sputnik-in "Sən supersən!" birgə layihəsinin iştirakçısı, uşaq evinin yetirməsi Pərvanə Alcanova birinci turda uğurlu çıxışdan sonra öz təəssüratlarını bölüşüb.

"Mən həyəcanın öhdəsindən gələrək, uzun müddət can atdığım nəticəni əldə etdim. Çox xoşbəxtəm" — Pərvanə bildirib.

17 yaşlı Pərvanəni dəstəkləməyə Azərbaycanın Rusiyadakı səfiri, müğənni və bəstəkar Polad Bülbüloğlu da gəlib.

“Tı super”in Azərbaycandan olan iştirakçısı Pərvanə Alcanova - Sputnik Azərbaycan
Azərbaycanlı qız NTV-nin canlı efirində öz ifası ilə hamını heyran edib

Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.

Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. İfaçılar NTV-nin ilkin kastinqlərinin gedişində seçiliblər.

Xəbər lenti
0