11:15 28 İyun 2017
Canlı yayım
VİDEO

Lənkəranda bişirilən turşu kabab

Qısa URL
196194
(3:08 / 19.92Mb / просмотров видео: 649)
© Sputnik / Rahim Zakiroğlu

Turşu kababı bu dəfə bizlər üçün Sütəmurdov kənd sakini Gülzar xanım Həsənova bişirəcək.

Gülzar xanım turşu kababın bişirilməsi üçün ərzaq reseptini və onun bişirilmə qaydasını da bizlərlə bölüşdü.

Turşu kababın bişirilməsi üçün bizə lazım olacaq:

1 kq qoyun və ya dana əti
10 dəstə cəfəri
4 dəstə şüyüd
2 dəstə yaşıl sarmısaq və ya 3 diş dib sarmısaq
200 qr soğan

1 kq ətin təqribən 500-600 qram yumşaq sümüksüz hissəsi ayrılaraq ət çəkən maşından keçirilir, sonra isə 200 qr soğan çəkilərək hazır ətə qatılır. Qalan sümüklü ət isə doğranılır və 1 saat müddətinə qaynadılır. Turşu kabab üçün götürülən göyərti və sarmısaq taxta üzərində xırda-xırda döyülərək doğranılır. Əlavə olaraq 2 ədəd soğan da taxtada döyülərək doğranılır və göyərtiyə qatlır. Doğranılan göyərti-soğan qarışığının bir hissəsi tavaya boşaldılaraq yağda qızardılır. Yağda qovrulan göyərtiyə daha sonra isə əvvəlcədən qaynadılan doğranmış sümüklü ət qatlır və göyərti ilə bir yerdə tavada qovrulur. Bundan sonra qovrulan ət və göyərti qazana çəkilir və qaynadılan ətin suyu süzülərək qazana tökülür. Sonra qazanda olan məhsula ağız dadına görə duz əlavə edilir.

Bundan əlavə türşü kababın dadlı alınması üçün qazana limon suyu və ağ abqora (kal üzüm suyu) da tökülür. Çəkilmiş ətlə soğan qarışdırılır və qalan döyülmüş göyərti ətə qarışdırılır. Çəkilmiş ətlə göyərti qarışdırıldıqdan sonra ondan kiçik küftələr hazırlanır. Küftələri hazırlayarkən mütləq əlləri limon suyu və ya abqoraya batırmaq lazımdır. Çünki limon suyu və ya abqora küftələrin bişərkən parçalanıb dağılmasının qarşısını alır. Küftələr hazırlandıqdan sonra ehmalca ocaqda qaynayan tikə ət və qovrulmuş göyərtinin üzərinə düzülür.

Turşu kabab 45 dəqiqə ocaqda qaynadıqdan sonra tam bişir. Qeyd edək ki, turşu kababın daha dadlı olması üçün qoyun ətindən daha çox istifadə edilir.

Nuş olsun!

Digər videolar

Əsas mövzular