Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Tı super”in Azərbaycandan olan iştirakçısı Pərvanə Alcanova

Abunə olmaq
Pərvanə Alcanova Rusiyanın NTV telekanalının “Tı super” beynəlxalq vokalçılar müsabiqəsinin seçmə mərhələsindən keçib. Müsabiqənin iştirakçısı barədə videoya Sputnik-də baxın.

Pərvanənin yaşadığı Gənclər evinin lideri Könül Məmmədova bildirir ki, qız mərkəzə gəldiyi ilk gündən etibarən oxuyur.

"O, bizdə təkcə oxumur, həm də rəqs edir. Pərvanə "Buta" rəqs qrupunun üzvüdür və ilk dəfə deyil ki, müsabiqədə iştirak edir. O dəfələrlə müsabiqələrə qatılıb və önəmli yerləri tutub. O, diplomlardan tutmuş heykəlciklərə qədər gətirib. Özünü xarici qastrollarda sınayıb və əmindir ki, Moskvadakı müsabiqənin də bütün mərhələlərindən keçəcək" — Məmmədova deyib.

Fəal və həyat dolu Pərvanə özünün bütün boş vaxtlarını təhsilə və özünü inkişaf etdirməyə həsr edir. İdmanla məşğul olur, fəal oyunları sevir, mədəni-kütləvi tədbirlərdə məmnuniyyətlə iştirak edir, indi isə böyük səhnəyə hazırlaşır.

Pərvanəyə uğur və yüksəliş arzulayırıq!

"Tı super" layihəsində MDB ölkələrindən 92 uşaq iştirak edir. Musiqili şounun finalçıları uşaq "Novoye volna"sında ("Yeni dalğa") iştirak edəcəklər və avtomatik olaraq uşaq "Avroviziya" yarışmasının seçim mərhələsinin finalına qatılacaqlar. NTV telekanalı isə müsabiqənin sonunda iştirakçıların əksəriyyətini "Respublika ŞKİD" müziklinin efirində göstərəcək.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu da NTV-nin tərəfdaşıdır.

Xəbər lenti
0