Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Onun ən böyük arzusu həyata keçdi

Abunə olmaq
Yəqin ki, uşaqlıqda hər birimizin ən böyük bir arzusu olub. Reportajımızın qəhrəmanının arzusu isə bir qədər fərqlidir.

Qusar rayon Samur qəsəbəsinin 67 yaşlı sakini Mirzəxan İmamquliyev kiçik yaşlarından öz helikopterini hazırlamaq arzusu ilə yaşayıb. Bunun üçün o, 10-dan çox avtomobilin müxtəlif ehtiyat hissələrindən yararlanıb. Düzəltdiyi helikopterin mühərrikini işə salarkan "Uşaqlıq arzumu həyata keçirdim" — deyərək sevincini paylaşır.

Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb. Əgər avtomobildə mühərrik təkərləri hərəkətə gətirirsə, burada o, pərləri fırladır. O, fındıq təmizləyən, şum və otbiçən qurğular da hazırlayıb. İxtiraçı bu cihazları təkmilləşdirməyi planlaşdırır.

Xəbər lenti
0