02:59 24 Yanvar 2017
Canlı yayım
VİDEO

700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir

Qısa URL
4330
(2:24 / 15.32Mb / просмотров видео: 98)
© Sputnik / Ramil İbrahimov

Türbənin daxili hissəsinin bərpasında əsasən sarı torpaq, acıdılmış arpa samanından əldə olunan məhlul və keçi tükündən ibarət xüsusi qarışıqdan istifadə olunur.

Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub.

Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir. Türbənin üzərində qırmızı kərpic və kaşılardan istifadə olunaraq 200 dəfədən çox Allah sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür.

Bərpa işlərinin gələn ilin ortalarına qədər başa çatması planlaşdırılır. Abidə ilə yanaşı onun ətrafında da abadlıq işləri aparılacaq və Türbə turizm marşrutuna salınacaq.

Əlaqədar

Üzərində 200 dəfədən çox "Allah" kəlməsi həkk olunub

Əsas mövzular