Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı sürrealist rəssam

Abunə olmaq
Sürrealizm cərəyanının davamçısı və Salvador Dalinin əsərlərinin vurğunu olan insanlar günümüzdə də var. Həm də Azərbaycanda…

Rəssamlıq dərnəyində uşaqlar İlqar İsmayılovdan rəssamlığın sirlərini öyrənirlər. O, Lənkəran Şəhər 4 saylı Humanitar Kollecdə rəssamlıq dərnəyində dərs deyir. İsmayılov İlqar Sənan oğlu 1960-cı ildə Lənkəranda anadan olub və rəssamlığa uşaq vaxtından meyllənib.

Çəkdiyi rəsm əsərləri, təkcə kağız üzərində deyil, eləcə də kətan və boşqablar üzərində də çəkirəm. Boşqablar üzərində şəkilləri sifariş əsasında çəkir. Əsas işi isə qrafikadır. Əsərlərdə ən çox batal, əsatir və tarixi janrlara üstünlük verir. Salvador Dalinin əsərlərinin vurğunu olan rəsaam sürrealizma daha çox üstünlük veririr.

"Qrafik rəsmlər həcmindən asılı olaraq 7-15 günə, yağlı boya ilə çəkdiyim əsərlərdə də həcminə görə 10-25 günə başa gəlir".

Qeyd edək ki, İlqar İsmayılov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür və Lənkəran Şəhəri 4 saylı Humanitar Məktəb-liseydə direktor müavini işləyir. Habelə, hazırda 20-ə yaxın tələbəyə rəssamlıqdan dərs keçir.

Xəbər lenti
0