14:45 26 İyul 2017
Canlı yayım
VİDEO

Cəbiş müəllim Azərbaycanın Dövlət Müstəqilliyi günündən danışır

Qısa URL
Cəbiş müəllim təqdim edir (11)
501241
© Sputnik / / Elnur Salayev

"Cəbiş müəllim" layihəsi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü barədə mövzu ilə davam edir.

Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Hər il 18 oktyabrda qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

 

Mövzu:
Cəbiş müəllim təqdim edir (11)

Əlaqədar

Cəbiş müəllim "QKÇP" dövründə Azərbaycandakı vəziyyət barədə danışır
"Cəbiş müəllim" Azərbaycanda milli mətbuatın yaranması haqqında danışır
“Cəbiş müəllim” Azərbaycan silahlı qüvvələrinin yaradılması haqqında danışır

Digər videolar

Əsas mövzular