Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kulisarxası şahmat olimpiadası: şah və vəzir Bakıdadır

Abunə olmaq
Bütün ölkələrin şahmat oynamağı bacaran ən güclüləri Bakıya toplaşıb.

Bu günlər Azərbaycanın paytaxtında rekord həddə iştirakçı-dövlətlərin qatıldığı 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilir.

Sputnik-in reportajında beynəlxalq tədbirin səhnəarxasına baxın.

Bu yayın ən vacib hadisələrindən biri olan 42-ci Ümumdünya Şahmat Olimpiadası idmanın bu növünü sevənlərin diqqətini Bakıya yönəldib.

Paytaxtın hər yerində əsl şahmat ab-havası hökm sürür. Bütün şəhər iri şahmat fiqurları və strit-art (küçə incəsənəti) ustalarının yaradıcılıq nümunələri ilə bəzədilib. Ən əsası isə şahmat yarışlarının keçirildiyi Crystal Hall-da əsl idman və dostluq ab-havası hökm sürür.

Burada sərgi və əyləncə zonası açılıb, şahmat oyunlarının keçirilməsi üçün xüsusi zallar təşkil olunub ki, buranı ziyarət edən hər kəs öz gücünü sınaya bilər.

Xəbər lenti
0