03:00 24 Yanvar 2017
Canlı yayım
VİDEO

Ləzzətli quzu kababının resepti ilə tanış olun

Qısa URL
2954562
(1:59 / 12.64Mb / просмотров видео: 1146)
© Sputnik / Şahpəri Abbasova

Hər kəsin “bəh-bəh” deyərək yediyi kabab əvəzedilməz yeməklərdən biridir. Həqiqətən də kabab istənilən məclisdə, qonaqlıqda ev sahibinin üzünü ağarda biləcək təamdır. Sputnik kababın hazırlanması prosesini əvvəldən-axıradək çəkib tamaşaçılara təqdim edir.

Xüsusən də bayram günlərində, əlamətdar hadisələri qeyd etdiyimiz zaman süfrəmizdə nə olmasa da, kababın olması bizim üçün əsas şərtlərdəndir. Bu yeməyin dadından əlavə onun bişirilməsi də eyni dərəcədə zövqlü məşğuliyyətdir. Amma bəzi hallarda yaşadığımız şərait (xüsusən də əgər bina evində yaşayırsınızsa) bizi kabab çəkmə zövqündən məhrum edir.

Azərbaycanın dilbər guşələrimizdən olan Qaxda isə kabab manqalda hazırlanmır. Kababçı Vüqar Abdullayevin sözlərinə görə, kabab altı aylıq quzunun ətindən hazırlanır. Əsasən quzunun bel hissəsi doğranılır, zövqə görə duzlanılır. Ət duzlandıqdan sonra onunla bərabər pomidor, bibər, badımcan da duzlanılır. Badımcan ortasından kəsilir, duzlandıqdan sonra quzunun quyruq hissəsi xırda-xırda doğranılaraq içinə yerləşdirilir.

Tikələri və tərəvəzləri şişə közün üstündə yanmayacaq şəkildə taxmaq lazımdır. Duzladıqdan 5 dəqiqə sonra közün üzərinə qoyulur.

Kababın bişirilməsində əsasən palıd ağacının istifadə olunması məsləhətdi.

Nuş olsun!

Əsas mövzular