Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakılılar Bollivud filmlərinin qəhrəmanları kimi hərəkət etməyi öyrənirlər

Abunə olmaq
Jam SS rəqs studiyasının peşəkar müəllimləri, Azərbaycan, Qafqaz çempionları, Avropa və dünya çempionatlarının mükafatçıları bu dəfə Dənizkənarı parkın ziyarətçiləri üçün hid rəqsləri üzrə ustad dərsləri keçiblər. Sputnik-in videosunda dərslərin necə keçdiyinə baxın.

Pulsuz açıq rəqs dərsləri bu yaydan başlayaraq hər bazar günü Dənizkənarı parkda keçirilir. Dərslərdə arzusu olan hər bir şəxs işirak edə bilər. Bunun üçün 19.00-dan etibarən Kukla teatrının binasının arxasındakı açıq meydançaya gəlmək lazımdır.

Bu dəfə hind rəqslərinin ifaçısı Solmaz Arti çox maraqlı ustad dərsi keçib. Dərsdə təkcə uşaqlar deyil, böyüklər də iştirak ediblər. Dərsdə iştirak edənlər Bollivud filmlərinin qəhrəmanları kimi hərəkət etməyi öyrəniblər.

Layihə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən Jam SS və Bakı bulvarının rəhbərliyinin dəstəyi ilə həyata keçirilir.

Açıq dərslər bir neçə istiqamət üzrə keçirilir: milli rəqslər, latino, şərq, hind, həmçinin hip-hop və zumba.

 

Xəbər lenti
0