Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Akademiklərin yataqxanası" sökülür, sakinlər etiraz edir

Abunə olmaq
Yasamal rayonu, Şərifzadə küçəsi 33-də yerləşən və “akademiklərin yataqxanası” kimi məşhur olan bina sökülür. Binanın əksəriyyəti professor, dövlət mükafatı laureatları, universitet müəllimləri olan sakinləri yeni bina tikilənə qədər hara köçəcəklərini, harada yaşayacaqlarını bilmirlər.

Azərbaycanın Nazirlər Kabinetinin qərarına əsasən binalarının tikintisi və şəhərsalmanın planlaşdırılması ilə bağlı mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq 5 il müddətində şəhərin simasına, ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və şəhərsalma normalarına uyğun gəlməyən binalar sökülərək yeniləri ilə əvəz edilməlidir.

Söhbət Yasamal rayonunda yerləşən 18 yaşayış binasından gedir. Ora "akademiklərin yataqxanası" da daxildir. Lakin bu binanın sakinləri hesab edirlər ki, onların yaşadığı bina bu siyahıya daxil deyil.

Binanın sakinləri bildirirlər ki, onları bu evdən tədricən zorla çıxarıblar. Bir qədər əvvəl yataqxananı su basıb. Sakinlərin bir hissəsi özünə müvəqqəti yaşayış yeri tapıblar. Lakin onlar öz mənzillərinə qayıdacaqları günü gözləyirlər. Əvvəlcə ümid ediblər ki, onların mənzilləri təmir ediləcək. Amma sonra onlara binanın söküləcəyini bildiriblər. Söz veriblər ki, sakinlərə müvəqqəti yaşamaq üçün kirayə haqqı ödəniləcək, 18 aydan sonra isə onlara bu binanın yerində inşa olunacaq yeni binada mənzil veriləcək.

"Deyin görək, mən mənzilimdəki əşyaları hara aparım? Mən 60 yaşımda hara gedim? Mənim üç oğlum bu gün orduda xidmət edir, vətənin keşiyində dururlar, amma məni — onların atasını əşyaları ilə birlikdə küçəyə atırlar. Mənim uşaqlarım ordudan hara qayıdacaqlar?"- deyə binanın sakini Eldar Qasımov bildirir.

Hazırda sakinlərin hamısı demontaj işlərinin başlanmasına qədər başqa yerlərə köçməyə macal tapmayıblar.

Xəbər lenti
0