Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Sputnik Mətbuat Şurası ilə birgə Zərdabinin xatirəsini yad etdi

Abunə olmaq
Azərbaycanda milli mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar olaraq Sputnik informasiya portalının redaksiyası Mətbuat Şurası ilə birgə mətbuatımızın banisi Həsən bəy Zərdabinin abidəsi önünə gül qoyub.

Sputnik Azərbaycan informasiya portalının rəhbəri Əziz Əliyevin sözlərinə görə, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatının inkişafındakı rolunu qiymətləndirməmək mümkün deyil.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Mətbuat günü ərəfəsində belə tədbirin keçirilməsi indidən belə xoş bir ənənəyə çevriləcək.

"Hazırda Azərbaycanda 200-dək qəzet, 100-dən artıq jurnal, 50-dəj telekanal və radio fəaliyyət göstərir. Azərbaycanda mətbuat azad və müstəqildir. Hər bir jurnalist azad şəkildə öz fikrini bildirə və ölkədə baş verənləri ictimaiyyətə çatdıra bilər", deyə Amaşov bildirib.

Tədbir iştirakçıları hazırda Azərbaycan mətbuatının qarşısında böyük vəzifələrin durduğunu vurğulayıblar.

Xəbər lenti
0