Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda adrenalinli istirahət: yüksək sürət və döngələrdə əyləc uğultusu

Abunə olmaq
Kartinq son illərdə bütün dünyada ən populyar əyləncələrdən birinə çevrilib. Bu fəal istirahət növü gündəlik həyatda ehtiyac duyduğumuz adrenalini almağa kömək edir və özümüzü bolidin pilotu kimi hiss etməyə imkan verir. Sputnik bu təəssüratları almaq üçün Baku Karting-ə baş çəkib.

Cəmi bircə dəfə kartodromda olandan sonra çoxları artıq "mini-ötüşmə"siz yaşaya bilmirlər. Azərbaycan üçün əyləncəli kartinq nisbətən yaxınlarda meydana gəlmiş fəal istirahət növüdür. Belə ki, 2010-cu ilin iyununda bütün sürət həvəskarları üçün açılmış Baku Karting & Event Сenter Cənubi Qafqazın ən böyük əyləncə kartinq mərkəzidir.

Ümumi sahəsi 4 min kvadrat metr olan mərkəzin ərazisində 500 metr uzunluğu olan asfalt örtüklü yol, həmçinin peşəkar bolidlərin də daxil oduğu maşın parkı var.

"Baku Karting-in qapıları 18 yaşdan yuxarı bütün həvəskar və peşəkarlar üçün açıqdır. 18 yaşdan aşağı şəxslər yarışda valideynlərinin və ya digər böyükləri müşayiəti ilə iştirak edə bilərlər. Çempionatda iştirak üçün sadəcə klubun standart qiymətləri ilə mərhələnin pulunu ödəmək lazımdır", — deyə mərkəzin baş meneceri Vüqar Şirinov bildirir.

İldən-ilə kartinq əyləncə sektorunda daha önəmli mövqelərə çıxır. Şirinovun bildirdiyinə görə, istirahətin bu idman növünün pərəstişkarlarının sayı getdikcə artır.

"Əgər əvvəllər bizə adrenalin almaq üçün gəlirdilərsə, son zamanlar peşəkarların sayı artmağa başlayır. Bundan əlavə, avtomobil idmanının inkişafı üçün pilotların dünya səviyyəsinə çıxması istiqamətində hazırlanması vacibdir. Bu gün biz fəxrlə ölkəmizdə ilk peşəkar kartinq məktəbinin əmələ gəldiyini bəyan edə bilərik", deyə Şirinov əlavə edib.

Birmənalı olaraq kartinq məktəbində təlim peşəkar avtomobil idmanında gələcək irəliləyiş üçün birinci addımdır. Sadəcə dost-tanışların əhatəsində dincəlmək istəyənlər üçün isə Baku Karting-in qapıları həmişə açıqdır.

Xəbər lenti
0