15:58 27 May 2017
Canlı yayım
VİDEO

Badımcan dolmasının resepti

Qısa URL
162750
(4:11 / 25.77Mb / просмотров видео: 298)
© Sputnik / Kamilla Əliyeva

Badımcan dolması Azərbaycanda ən sevimli yeməklərindən biridir. Badımcan dolması "üç bacı" dolmasının - badımcan, bibər, pomidor dolmasının tərkibinə daxildir. Onu necə hazırlamaq barədə "Anadolu" restoranının baş aşpazı Ağa İsgəndərov danışıb.

Onun sözlərinə görə, bu yemək əsasən yay fəslində hazırlanır. Aşpaz bildirib ki, bu dolma qoyun ətindən bişirilir.

İnqrediyentlər:

500 qr çəkilmiş qoyun əti
2 badımcan
2 bibər
3 pomidor (biri sous üçün)
2 soğan
140 qr zeytun yağı
duz, istiot
şüyüd, keşniş

Badımcanlar orta ölçüdə, pomidorlar isə bərk olmalıdırlar. Öncə ət qızardılmalıdır.

Ət qovurulmalıdır. Badımcanlar orta hissədən yarılır. Ondan sonra badımcanın acılığını çıxarmaq üçün duz əlavə etmək lazımdır. Pomidorla bibər isə çubuq tərəfdən kəsilərək içərisi təmizlənir.

Sonra badımcanla bibər qızardılırlar. Daha sonra ət bu üç tərəvəzin içinə doldurulur. 20-25 dəqiqə qızardıqdan sonra yemək hazırdır.

Aşpazın sözlərinə görə, ət və yağ barədə müstəqil davranmaq mümkündür, lakin məsələn, dana ətində 200 qr quyruq da əlavə olunması yeməyi daha dadlı edər.

Nuş olsun!

Digər videolar

Əsas mövzular