Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Milli Məclisin deputatı Sputnik.Qiraət-də şeir oxudu

Abunə olmaq
Milli Məclisin deputatı Fazil Mustafa Sputnik.Qiraət layihəsinin növbəti iştirakçısı olub. Siyasətçi layihə üçün Azərbaycanın Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirindən misralar oxuyub.

"Sputnik.Qiraət layihəsi görkəmli şairlərin əsərlərində vəsf edilən ali dəyərlərin insanların birliyinə və həmrəyliyinə xidmət etdiyini göstərir.  Məmməd Arazın şeirində tərənnüm olunan Vətənə məhəbbət bizləri, ayrı-ayrı fərdləri birləşdirib vahid Azərbaycan xalqı edir", deyə Fazil Mustafa bildirib.

Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. Növbəti iştirakçılar isə Abbas Səhhətin "Vətən" şeirindən parça oxumuş tanınmış repçi AİD və qəzəlxan Əliağa Vahidin "Bakıda" şeirindən misralar söyləmiş məşhur aktyor və rejissor Qurban Məsimov olublar.

Layihədə həmçinin hər bir sosial şəbəkə istifadəçisi iştirak edə bilər. Bunun üçün sevimli şeir parçasını oxuyaraq videonu şəxsi səhifədə #Sputnik.Чтения və ya #Sputnik.Qiraət heşteqləri ilə paylaşmaq yetər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0