06:09 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AR MN

Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar

Dünən axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Silahlı Qüvvələrimiz müvafiq tədbirlər həyata keçirirlər.

Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)

Əlaqədar

Ermənistan MN-nin mətbuat katibinin yalanı faş edildi
Türkiyədən İlham Əliyevə müraciət: Sizin komandanlığınız altında döyüşmək istəyirik
Tərtərdə son durum - rəsmi açıqlama gəldi
Svante Kornell: Azərbaycan Ordusu öz hərbi qabiliyyətini sübut etdi
Teqlər:
Xocavənd-Füzuli, Müdafiə Nazirliyi, cəbhə, Qarabağ

Digər videolar

  • Medalın əks tərəfi: Bakı koronavirusun ciddi olduğunu nəhayət anlayıb
    Last update: 11:37 08.07.2020
    11:37 08.07.2020

    Medalın əks tərəfi: Bakı koronavirusun ciddi olduğunu nəhayət anlayıb

    Azərbaycanda qısaca “azad nəfəs” dönəmindən sonra sərt karantin rejimi dəyişmədən qalır. Televizordan isə yalnız koronavirus xəbərlərini eşidirik. Bəs insanlarımız bu virusun doğrudan da təhlükəli olduğuna inanmağa başlayıblarmı?

    146
  • Nə edək ki, koronadan yaxa qurtaraq? – Bakı sakinləri cavab verir
    Last update: 14:22 07.07.2020
    14:22 07.07.2020

    Nə edək ki, koronadan yaxa qurtaraq? – Bakı sakinləri cavab verir

    Artıq bir neçə aydır ki, hamımızın dilində yalnız bir söz, hamımızın ürəyində isə yalnız bir istək var. Koronavirusun ağuşundan çıxacağımız günü səbirsizliklə gözləyirik. Bakı sakinləri bu virusla mübarizədə öz düşüncələrini bizimlə bölüşüblər.

    840
  • ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb
    Last update: 14:08 07.07.2020
    14:08 07.07.2020

    ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

    Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

    13
  • Bakı simvolu Gədəbəydə: dağ ortasında əlçatmaz qala necə görünür – video
    Last update: 16:07 06.07.2020
    16:07 06.07.2020

    Bakı simvolu Gədəbəydə: dağ ortasında əlçatmaz qala necə görünür – VİDEO

    Sputnik Azərbaycan Gədəbəyin ən əlçatmaz abidələrindən biri olan Namərd Qalanı çəkməyə müvəffəq olub. Dağın ortasında yerləşən, yerli əhalinin isə ikinci Qız Qalası adlandırdığı bu əzəmətli qalanın necə göründüyünü videomuzda izləyin.

    1290

Əsas mövzular