21:31 25 Fevral 2018
Canlı yayım
VİDEO

Bakıda bayram atmosferi: rəqslər və bayram karvanı

Qısa URL
11310
© Sputnik / Kamilla Əliyeva

Bu gün Azərbaycanda “Axır çərşənbə” – başa çatmaqda olan ilin sonuncu çərşənbə axşamı qeyd olunur. Şəhərin mərkəzində gözəl bir bahar atmosferi yaradan bayram şənlikləri başlayıb.

Bakıda şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsinin axırıncı çərşənbə axşamı olan "İlaxır çərşənbə" ilə bağlı təntənəli mərasimlər keçirilir. Novruz bayramının personajları — Bahar qızı, Kösa və Keçəlin olduğu karvan "İçərişəhər" metrostansiyasından başlayaraq dəvələrin, atlıların, faytonların, musiqi qruplarının müşayiəti ilə Suraxanıdakı "Atəşgah" kompleksinə (Atəşpərəstlik məbədi) yollanıblar.

Qeyd edək ki, paytaxtın mərkəzi küçələri ndən keçən və "Atəşgah"dan od götürən karvan, geri qayıdaraq "Qış bulvarı" parkında bayram tonqalını yandırıb.

 

Digər videolar

Əsas mövzular