Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ankarada dəhşətli terror

Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini təxirə salıb.

BAKI, 18 fev-Sputnik. Ankarada baş vermiş terror aktı nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərinsə yaralandığı qeydə alınıb.
Sputnik-in məlumatına görə, Türkiyə paytaxtının mərkəzində yerləşən, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsindəki terror hücumu saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib.

Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb.

Çankaya Köşkündə Ankaradakı terror hücumu ilə bağlı məlumat verən baş nazirin müavini Numan Kurtulmuş, 28 vətəndaşın həyatını itirdiyini təsdiqləyib. Kurtulmuş deyib ki, hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı əlimizdə məlumat yoxdur. Sosial şəbəkələrdə yanlış məlumatlar yayılır. Ankaradakı ikinci partlayış təhlükəsizlik qüvvələrinin şübhəli bir paketə müdaxiləsi nəticəsində baş verib.

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.

O, Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcəkdi.

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək bu barədə məlumat verib. Nəticədə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Azərbaycan prezidenti İlham Əliyevin Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatı itirənlərin ailə üzvlərinə başsağlığı verdiyini, yaralılara şəfa dilədiyini qeyd edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu da sabah Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

© AFP 2023Ankara'daki patlamanın ardından dumanlar kentin her yerinden görüldü
Ankara'daki patlamanın ardından dumanlar kentin her yerinden görüldü - Sputnik Azərbaycan
Ankara'daki patlamanın ardından dumanlar kentin her yerinden görüldü
Xəbər lenti
0