05:51 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
Sputnik. Kamilla Əliyeva

"Natavan" qalereyasında Ali Shahin və Baku Gift House-dan eksklüziv dizayner mallarının nümayiş etdirildiyi Fashion Room açılıb.

Dəbli kedlər artıq çoxdandır ki, müasir dəb tendensiyalarından baş çıxaran insanların həyatına daxil olublar. Əlbəttə ki, hər bir dəb həvəskarı öz üslubuna nəsə yenilik etməyə, orijinal görünməyə çalışır. Üzərində əl ilə yazılmış unikal kedlər elə bu qəbildəndirlər. "Natavan" gallery belə kedləri almaq üçün fürsət yaradıb. Orada Ali Shahin və Baku Gift House-dan eksklüziv dizayner mallarının nümayiş etdirildiyi Fashion Room açılıb. Hər kəs buradan üzərində əl ilə yazılmış kedləri, həmçinin dizayner ALI SHAHIN-dən unikal T-shirt və svitşotları ala bilər.

Sputnik-ə açıqlamasında qalereyanın meneceri Leyli Kərimova bildirib ki, belə kedlər Türkiyədən sifariş olunub gətirilirlər, çünki Bakıda təmiz ağ səthli ayaqqabı tapmaq çətindir.

«Bu əl işidir, ona görə də şəklin fotodan bəzi fərqləri var. Şəklin özü isə sifarişçinin arzusu ilə seçilir. Düzünü desəm, çoxları cizgi filmi və nağıl qəhrəmanlarına müraciət edirlər. Hər bir cüt unikaldır», — deyə Leyli bildirir.

Menecerin sözlərinə görə, üzərində yazı olan ayaqqabının hazırlanma müddəti bir həftədir.

«Kedlərin üzərinə akrillə yazı yazırıq. Bu yazı yuyulmur. İsti su ilə də yumaq olar. Ayaqqabı kişilər, qadınlar, həmçinin uşaqlar üçün hazırlanır», — deyə Leyli Kərimova əlavə edib.

Həmçinin qalereyada dizaynerin ALI SHAHIN-in kolleksiyası nümayiş etdirilir. Bu kolleksiya daha öncə Baku Fashion Week-də gənclər arasında mədəni dəyərlərin təbliği məqsədi ilə təqdim olunub.

«İdeyanı üzərində Azərbaycan yazıçılarının şəkilləri olan futbolkaları və svitşotları buraxmış dizayner ALİ SHAHİN verib. Bu yazıçıların arasında Səməd Vurğun, Mikayıl Müşviq, Cəfər Cabbarlı, Nigar Rəfibəyli və s. var», — deyə Kərimova qeyd edib.

Xatırladaq ki, bu kolleksiyanın əsas ideyası Azərbaycan ədəbiyyatının oxunmasının, xarici ədəbiyyatın oxunması qədər dəbli olması faktının ictimaiyyətə çatdırılmasıdır.

Digər videolar

Əsas mövzular