19:48 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Aloff Teatrı

Bu günlərdə Londonun St.James teatrında Azərbaycan yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesin motivləri əsasında müziklın premyerası keçirilib.

Bu günlərdə Londonun St.James teatrında Azərbaycan yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesin motivləri əsasında müziklın premyerası keçirilib.

Tamaşanın mövzusu ümumbəşəri xeyir və şər mövzusuna həsr olunub. Pyesdə, ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur. Həmin dövrün mürəkkəbliklərinə, qorxu və repressiyalarna baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ər-arvadın təzadlı tale yolundan bəhs edir.

Tamaşada cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda bir sual yaranır: "Görəsən, biz də cəhənnəm sakinləriyik?!".

“Gecəyarı” tamaşasının quruluşçu rejissoru Matthev Qold, musiqi tərtibatçısı isə Ceyms Klivdir. Tamaşanın musiqisi və sözləri Lourens Mark Whyte və Timoti Knepmen tərəfindən yazılıb.

Rollarda "West End" teatrının tanınmış aktyorları Devid Hanter, Rebekka Trehern və Nikolas Kolikos oynayıblar. Devid Hanter Londonun "West End" teatrında səhnəyə qoyulmuş "Bir dəfə" ("Once") müziklı ilə tanınır, həmçinin Britaniyanın İTV kanalında keçirilmiş "Superstar" proqramının yarımfinalçısıdır. Rebekka Trehern "Mələklər şəhəri" ("City of Angels"), Nikolas Kolikos isə məşhur "Bodyguard" müziklından tamaşaçılara tanışdır.

Bununla yanaşı, aktyor heyətinə Nik Heys, Tomas Satkliff, Qreq Kastilyoni, Kiara Ceys və Cenni O'Lirini də cəlb olunublar.

Premyerada bir çox tanınmış simalar, teatr tənqidçiləri, prodüserlər, rejissor və musiqiçilər iştirak ediblər. 

Digər videolar

Əsas mövzular