15:02 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
© Sputnik / Sevda Babayeva

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində əfsanəvi “Qlobus” Teatrının “Hamlet” tamaşası nümayiş olundu. Vilyam Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı, ötən ilin aprel ayından möhtəşəm dünya turnesinə çıxıb. Turne, 2016-cı il aprelin 23-dək davam edəcək.

Azərbaycn Dövlət Akademik Milli Dram Teatrının səhnəsində əfsanəvi “Qlobus” teatrının “Hamlet” tamaşası nümayiş olundu. Vilyam Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” teatrı, ötən ilin aprel ayından möhtəşəm dünya turnesinə çıxıb. Turne 2016-cı il aprelin 23-dək davam edəcək.

Bu misilsiz layihənin məqsədi “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdir. 16 nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək teatr səhnələrində çıxış edir. Tamaşanın rejissorları Dominik Dromqul və Bill Bakxerstdir.

Quruluşun səhnə tərtibatı minimal dekorasiyalarla məhdudlaşır. Hər hansı bir işıq və ya xüsusi texniki effektlərdən istifadə olunmur. Tamaşa, sırf aktyor oyununa dayanır və hətta aktyorların əksəriyyəti bir neçə rolu oynamaqla yanaşı musiqi alətlərində də özlərini müşayət edirlər.

“Hamlet” artıq 100-dən çox ölkədə, Amerika, Avropa və Afrikanın 100 mindən çox tamaşaçısına göstərilib.

Tamaşanın nümayişi, British Council-ın Azərbaycandakı nümayəndəliyi və ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Digər videolar

Əsas mövzular