11:07 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745

Bir neçə britaniyalı turist Azərbaycanda istirahət edərkən daş dövrünün yadigarı olan qədim tarixi mədəniyyət abidəsi — Qobustan qoruğunda olublar. Kadrlardan da göründüyü kimi qonaqlara məşhur Azərbaycan rəssamı Əli Şəmsi bələdçilik edib. 

Öz vətənlərinə qayıdarkən, turistlər çəkdikləri videolarla yanaşı Qobustan təəssüratlarını paylaşıblar.

Qobustan dövlət tarixi-bədii qoruğu Bakıdan cənubda, Qaradağ və Abşeron rayonlarının ərazisində, Böyük Qafqaz aşırımının cənub-şərq yamacı ilə Xəzər dənizi arasında, 537 hektar ərazidə yerləşən qaya üzərində təsvirlərin həkk olunduğu Azərbaycanın arxeoloji qoruğudur.

Qobustan sözü "Yarğanlar diyarı" mənasını daşıyır. Qoruq ərazisində ilk arxeoloji qazıntılar XX əsrin 30-cu illərində başlayıb. 1939-1940-cı illərdə arxeoloq İshaq Cəfərzadə burada 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi, müxtəlif işarə yazılar — petroqliflər qeydə alıb, 20 qayaaltı yaşayış məskəni və sığınacaq aşkarlayıb. Burada həmçinin 40-dan çox təpə (kurqan) tipli qəbir aşkarlanıb, 300-ə qədər yeni qayaüstü təsvirlər qeydə alınıb. 

Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazirlər Soveti 1966-cı il 9 sentyabr tarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan edib. 

Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir.

Qobustan YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib.

Digər videolar

Əsas mövzular