21:31 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
turkrus.com

1954-cü il iyulun 13-də məşhur türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) Dənizlidə anadan olub.

1954-cü il iyulun 13-də məşhur türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) Dənizlidə anadan olub.

Populyar mahnıların (“Sən ağlama”, “Geri dön”, “Sarışınım”, “Məni unutma”, “Dəyər mi?” və s.) mahnıların, filmlərə musiqilərin müəllididir. Türk estradasının bir sıra ulduzları (Tarkan, Sərtab Ərənər və s.) onun sayəsində musiqi aləmində parlayıblar. 

Valideynləri müəllim olan Aksu, üç yaşında ailəsiylə İzmirə köçdü.

Üsyankar xarakterə malik Aksu, öncə rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi, sonralar "Allahın atama rəhmi gəldi, müğənni oldum" deyib.

Gəncliyində sənətin bir çox sahəsinə maraq duyan Aksu, 1970-ci ildə Həftə Sonu adlı jurnalın keçirdiyi səs yarışmasında altıncı oldu.

1973-cü ildə Egey Universiteti Əkinçilik Fakültəsinə daxil olan sənətçi, 1974-cü ildə üç mahnısını bir musiqi şirkətinə göndərdi.

Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi universitetdən də ayrıldı.

1974-cü ilin sonlarında şəxsi plastinkasını buraxmaq üçün İstanbula getdi. Sənətçinin ilk plastinkasında adı Sezən Seley kimi gedir.

"Haydı Şansım" adını verdiyi əsər 1975-ci ildə satışa çıxdı. Lakin albomun cəmi 50 ədədi satıldı.

Lakin bu Sezən Aksunu yolundan döndərmədi və o davamlı olaraq albomlarını buraxmağa başladı.

Paralel olaraq Aksu mahnılara söz yazıb, həmçinin şeirlərə musiqi bəstələyib.

1978-ci ildə Aksu, baş rolunu Bulud Arasla paylaşdığı Atıf Yılmazın "Kiçik Sərçə" filmində rol alıb. Sənətçi bu tarixdən sonra Kiçik Sərçə adıyla xatırlanmağa başlandı.  

Aksu 1981-ci ildə Sinan Özər ilə evləndi. 1981-ci ildə Mithat Can Özəri dünyaya gətirdi.

Sezən Aksu Sərtab Ərənər, Tarkan, Harun Kolçak, Aşkın Nur Yengi, Levənt Yüksəl, Işın Karaca, Hande Yenər, Yıldız Tilbe kimi bir çox adları musiqi aləminə gətirib və bir çoxlu sayda sənət adamlarına dəstək olub. 

O bu gün də türk sənət aləmində sözü keçən şəxslərdən sayılır. 

Sezən Aksunun hansı mahnısı ən yaxşısıdır demək bir az çətindir. Sənətçinin onlarla mahnısı müxtəlif yarışlarda, səsvermələrdə ön yerləri tutub və bu gün Azərbaycanda da çoxlarının dillər əzbəridir.

Bu gün sizə ona ilk şöhrəti gətirmiş "Kiçik Sərçə" filmindən "Biliyorsun" mahnısını təqdim edirik.

Teqlər:
Biliyorsun, Kiçik Sərçə, Fatma Sezən Yıldırım, Sezən Aksu, Sərçəcik, Sezen Aksu

Digər videolar

Əsas mövzular