13:39 23 Oktyabr 2017
Canlı yayım
VİDEO

Oruc tutmağın tibbi faydaları

Qısa URL
9211

Diqqətinizə çatdıracağımız videoda oruc tutmağın sağlamlığa faydalarından danışılır.

Bu günlərdə davam edən Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, müsafir olmayan, xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan aşağıdakılara riayət etməlidir.

Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başı tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 dəfə təam verməkdən ibarətdir.

Oruc tutmağın tibbi faydaları da böyükdür. Diqqətinizə çatdıracağımız videoda məhz bundan danışılır.

Teqlər:
onanizmlə məşğul olmaq, fəqiri doyuzdurmaq, oruc tuta bilməyən, onanizm, təam vermək, ramazan ayının orucu, ramazan ayı, müsafir, cinsi əlaqə, xurmanın faydaları, Orucun tibbi faydaları, Oruc

Digər videolar

Əsas mövzular