02:57 18 Noyabr 2017
Canlı yayım
VİDEO

Qədim Şamaxı torpağında möhtəşəm Alov festivalı

Qısa URL
4501

Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.

BAKI, 31 may — Sputnik. Şamaxı Alov festivalı ilə öz tarixinə yeni bir səhifə yazıb.

Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəliblər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırıb.

Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırdı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olunub.

Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti ilə davam edib.

 

Əlaqədar

Avropa Oyunlarının məşəli Şəkidə
İlhamə Quliyeva da məşəl daşıyacaq
Avropa Oyunlarının məşəli Göyçaya gətirilib
Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul edib
Samux birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib

Digər videolar

Əsas mövzular