15:44 20 Noyabr 2017
Canlı yayım
VİDEO

Avropa Oyunları ilə bağlı Gəncədə möhtəşəm fləşmob

Qısa URL
2101

Altı min gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb.

BAKI, 27 may — Sputnik. “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub.

Sputnik xəbər verir ki, 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb.

Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.

“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdirib.

Bu aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.

Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılmışdı. 2 aprel 2015-ci ildə Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşmüşdü.

Gəncədə 6000 nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.

Əlaqədar

“Bakı-2015"-də təhlükəsizliyi 24 min polis və əsgər qoruyacaq
“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək
"Bakı-2015" zamanı qonaqlara 400 tələbə ilkin tibbi xidmət göstərəcək
“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi

Digər videolar

Əsas mövzular