17:21 14 Dekabr 2017
Canlı yayım
VİDEO

"Eurovison" qalibindən mahnısı barədə maraqlı açıqlama

Qısa URL
7511
tv.ua

“Eurovision-2015”in qalibi, İsveç təmsilçisi Mons Zelmerlev keçirdiyi mətbuat konfransında ifa etdiyi mahnı haqqında açıqlama verib.

BAKI, 24 may — Sputnik. “Eurovision-2015”in qalibi, İsveç təmsilçisi Mons Zelmerlev keçirdiyi mətbuat konfransında ifa etdiyi mahnı haqqında açıqlama verib. 

O deyib ki, “Heroes” (Qəhrəmanlar) mahnısı orta məktəblərdə yeniyetmələrə qarşı olan zorakılıq mövzusundan ilham alıb və bu mahnı ilə müğənni dələduzlar tərəfindən izlənən uşaqlara diqqət çəkmək istəyib. 

Zelmerlev bildirib ki, həmin mahnı onun şəxsi həyatında baş verən hadisələr əsasında yaranıb. 

“Kim olmağımızdan və kimi sevməyimizdən asılı olmayaraq biz hamımız qəhrəmanıq! Düşürürəm ki, cəmiyyətdə zəifləri müdafiə edərək, onlara dəstək olmalıyıq”, — deyə müsabiqənin qalibi qeyd edib. 

Mons Zelmerlev 365 balla bu ilki müsabiqənin qalibi olub, bununla da “Eurovision”da ölkəsinə 6-cı dəfə birincilik gətirib. 

Əlaqədar

"Eurovision" müsabiqəsində İsveç təmsilçisi qalib gəlib
Elnur "Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsində

Digər videolar

Əsas mövzular