02:33 28 İyun 2017
Canlı yayım
VİDEO

Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlanıb

Qısa URL
Bakı Avropa oyunlarının məşəli (5)
2802
© AZƏRTAC

Məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub

BAKI, 14 may — Sputnik. Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli İmişlidən Qarabağ torpağına – Füzuli rayonunun cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirilib.

Məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.

Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edb.

Sonra məşəl yürüşü başlanıb. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.

Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşılayıblar.

Sonuncu yürüşçü, Horadiz şəhər 3 nömrəli tam orta məktəbinin idman müəllimi Rövşən Ələsgərov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırılıb. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq.

Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrilib. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 20 min nəfərə yaxın Füzuli sakininin böyük sevincinə səbəb olub.

Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.

Mövzu:
Bakı Avropa oyunlarının məşəli (5)

Digər videolar

Əsas mövzular